at-Tariq (الطَّارِق)

Vasim M. and Ziya B. - Vasim M. and Ziya B.

Chapter 86 • 17 verses • Meccan

← Previous Chapter Next Chapter →
86:1 And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!)
86:2 (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?!
86:3 (O, zülməti yaran) parlaq ulduzdur!
86:4 Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!
86:5 Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!
86:6 O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır.
86:7 (O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar!
86:8 Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! -
86:9 Bütün sirlərin aşkar olacağı o qiyamət günü;
86:10 (O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar!
86:11 And olsun yağış sahibi olan göyə;
86:12 And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki,
86:13 Bu (Qur’an haqla nahaqqı) ayırd edən kəlamdır!
86:14 O, oyun-oyuncaq (əyləncə) deyildir!
86:15 Həqiqətən, (Məkkə müşrikləri Qur’anın nurunu söndürmək üçün) hiylə qurdular.
86:16 Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm.
86:17 Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!