al-Ma`un (المَاعُون)

Vasim M. and Ziya B. - Vasim M. and Ziya B.

Chapter 107 • 7 verses • Meccan

← Previous Chapter Next Chapter →
107:1 (Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü?
107:2 O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz);
107:3 Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar).
107:4 Vay halına o namaz qılanların ki,
107:5 Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar);
107:6 Onlar (namazlarında) riyakarlıq edər,
107:7 Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər).