Quraysh (قُرَيْش)

Vasim M. and Ziya B. - Vasim M. and Ziya B.

Chapter 106 • 4 verses • Meccan

← Previous Chapter Next Chapter →
106:1 (Ya Peyğəmbər! Qüreyşlilərə de ki) Qüreyşin ülfəti (dostluğu və ya Allahın onlar üçün səfəri asanlaşdırması) xatirinə,
106:2 Onlara qış və yay səfərini müyəssər edilməsi (qışda Yəməndə, yayda Şamda istirahət və ticarət edə bilmələri) xatirinə.
106:3 Bu evin Rəbbinə (Kə’bənin sahibi Allaha) ibadət etsinlər!
106:4 O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi.