105:1
(Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kə’bəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!
105:2
Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?!
105:3
Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi.
105:4
(O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı.
105:5
(Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi!