az-Zalzalah (الزَّلْزَلَة)

Vasim M. and Ziya B. - Vasim M. and Ziya B.

Chapter 99 • 8 verses • Meccan

← Previous Chapter Next Chapter →
99:1 Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;
99:2 Yer öz yükünü çıxardıb atacağı zaman;
99:3 İnsan (təəccüblə): “Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman -
99:4 Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir -
99:5 Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!
99:6 O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar).
99:7 Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).
99:8 Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).