al-Fatihah (الفَاتِحَة)

Vasim M. and Ziya B. - Vasim M. and Ziya B.

Chapter 1 • 7 verses • Meccan

Next Chapter →
1:1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
1:2 Həmd (şükür və tə’rif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,
1:3 (Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq mö’minlərə) rəhmli olana,
1:4 Haqq-Hesab (qiyamət) gününün sahibinə!
1:5 Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
1:6 Bizi doğru (düz) yola yönəlt!
1:7 Ne’mət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!