al-Kafirun (الكَافِرُون)

Vasim M. and Ziya B. - Vasim M. and Ziya B.

Chapter 109 • 6 verses • Meccan

← Previous Chapter Next Chapter →
109:1 (Ya Peyğəmbər! Sənə - bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək – deyən müşriklərə) de: “Ey kafirlər!
109:2 Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm!
109:3 Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!
109:4 Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!
109:5 Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!
109:6 Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!”