at-Tin (التِّين)

Vasim M. and Ziya B. - Vasim M. and Ziya B.

Chapter 95 • 8 verses • Meccan

← Previous Chapter Next Chapter →
95:1 And olsun əncirə və zeytuna;
95:2 And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına;
95:3 And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,
95:4 Biz insanı ən gözəl biçimdə yaratdıq!
95:5 Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!
95:6 Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir.
95:7 (Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?!
95:8 Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!